9 C
Baku
Friday, December 13, 2024

Dövlət borcuyla əlaqədar büdcənin tərtib qaydası dəyişib

Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə, bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmirdi.

Son xəbərlər
Digər xəbərlər