Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillərin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 844 470 manatdır.