12 C
Baku
Wednesday, December 11, 2024

Dövlət büdcəsi 519 milyon manat kəsirlə icra olunub

2016-cı ilin doqquz ayında dövlət  büdcəsinin mədaxili 10103,1 mln. manat,  xərcləri 10622,2 mln. manat olmuş, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər
2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 mln. manat proqnoza qarşı  10103,1 mln. manat və ya 16,5 faiz az icra olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2  faiz  icra edilməklə dövlət büdcəsinə 4926,3 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya  3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8  faiz çoxdur.
2016-cı ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0  mln. manat  vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 2370,5 mln. manat və ya 42,1 faiz azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 192,9 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə  70,1 mln. manat vəsait daxil olmuşdur.
2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3969,3 mln. manat icra olunmuşdur.

Xərclər
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10622,2 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.
Cari ilin altl ayında  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilmişdir.
2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 mln. manat icra olunmuşdur.

İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951,0 mln. manat, icmal büdcənin xərcləri  isə 12623,4  mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər