7 C
Baku
Thursday, December 12, 2024

Dövlət büdcəsi ilk rübdə 2,6 mlrd. manatlıq profisitlə bitir

Azərbaycanın 2020-ci ilin ilk rübündə dövlət büdcəsinin gəlirləri 7 milyard 810,9 milyon manat, xərcləri isə 5 milyard 254,8 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəticədə, ilin ilk rübündəcə 2 milyard 556,1 milyon manatlıq büdcə qalığı (profisiti) əmələ gəlib.

Bildirməliyik ki, cari ilin bu müddətində dövlət büdcəsinin gəlirləri illik müqayisədə 43,6, xərcləri isə 3,9% artıb.

Xatırladaq ki, hökumət 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər