8 C
Baku
Thursday, March 28, 2024

Dövlət büdcəsi profsitlə icra edilib

2016-cı ilin dövlət büdcəsinin icrasında 713,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,2 faizi qədər profisit yaranıb.


Dövlət Statistika Komitəsi xəbər verir ki, 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 4713,6 milyon manat, xərcləri 3999,8 milyon manat olub. Daxilolmaların 21,8 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,6 faizi fiziki şəxslərin gəlir vergisi, 3,7 faizi aksizlər, 9,1 faizi digər vergilər, 41,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 20,2 faizi ümumi dövlət xidmətləri, 18,2 faizi sosial müdafiə və sosial təminat, 14,8 faizi təhsil və səhiyyə sahələrinin, 12,2 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 34,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

May ayında isə büdcənin gəlirləri 5453,9 milyon manat, xərcləri 5316,1 milyon manat olub. Büdcənin icrasında 137,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,6 faizi qədər profisit yaranıb.

Publika.az

Son xəbərlər
Digər xəbərlər