14 C
Baku
Saturday, November 23, 2024

Dövlət büdcəsi üçün avqust ən “ölü” ay oldu: ƏDV-dən daxilolmalar azalıb

Azərbaycanda dövlət büdcəsinə gömrükdən avqust ayı üzrə daxil olmaların həcmi açıqlanıb.

Cəmi olaraq avqust ayı ərzində 285.26 milyon manatlıq büdcəyə vəsait daxil olub. Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Öncə onu bildirək ki, il ərzində büdcəyə olan daxil olmalar üzrə avqust ən “ölü ay” kimi qeydə alınıb. Belə ki, il üzrə rəqəmlərə nəzər saldıqda, 2020-ci ildə buna qədər ən az cəmi daxil olma iyunda qeydə alınmışdı ki, bunun da həcmi 323.72 mln. manat idi.

İlin ilk 8 ayı ərzində isə 2 mlrd. 645.3 mln. manatlıq gömrükdən cəmi büdcəyə daxil olma olub.

232

Büdcəyə daxilolmalarda öncəki ayla müqayisədə 16% azalma baş verib. Bunun da əsas səbəbi ƏDV-lərdən daxil olmalardır. Gəlirlərin 67%-ni formalaşdıran ƏDV-dən büdcəyə daxilolmanın həcmi 192.14 mln. manat olub, bu da öncəki ayla müqayisədə 20%-lik eniş deməkdir.

Büdcə daxilolmalarında ikinci ən böyük rolu olan gömrük rüsumu üzrə cəmi 79.12 mln. manat vəsait daxil olub. Bu isə öncəki ayla müqayisədə 6% azalma deməkdir.

Azalma paralel olaraq yol vergisi və aksiz vergilərdə müşahidə edilib.

Aksiz vergilərdən avqust ayında daxilolma 11.42 mln. manat (3% azalma) və yol vergisində isə 2.6 mln. manat (9%) olub.

Son xəbərlər
Digər xəbərlər