12 C
Baku
Wednesday, December 11, 2024

Dövlət büdcəsi xərclərinin icra vəziyyəti açıqlanıb

Hesablama Palatası 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi xərclərinin icra vəziyyətini açıqlayıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ilin ilk 4 ayı ərzində dövlət büdcəsi xərclərinin aylar üzrə təsdiq edilmiş göstəriciləri və icra məbləğləri arasında fərqlər müşahidə edilib, proqnozla müqayisədə ən yüksək icra məbləği mart ayında qeydə alınıb. Qeyd olunan dövrdə aprel ayı istisna olmaqla, digər 3 ayda xərclərin icrası proqnozdan çox olub. İlk 4 ayda icranın proqnozu ən çox üstələdiyi göstərici 535.0 mln. manat olmaqla mart ayında qeydə alınıb. Mart ayı üzrə yuxarı icra əsasən əməyin ödənişi xərclərinin 159.6 mln. manat, sosial ödənişlərlə bağlı xərclərin 123.3 mln. manat, eləcə də istehlakyönlü müxtəlif xidmətlər üzrə xərclərin 256.3 mln. manat çox icrası ilə əlaqədardır. İcranın proqnozdan aşağı olduğu göstərici aprel ayında qeydə alınıb. Bu ayda icra səviyyəsinin proqnozla müqayisədə aşağı olması (71.8 mln. manat az) əsasən əsaslı vəsait qoyuluşu xərclərinin 88.6 mln. manat, sair xərclərin 147.9 mln. manat, öhdəliklər üzrə əməliyyatlarla bağlı xərclərin isə 16.7 mln. manat az icrası hesabınadır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər