2025-ci ilin ilk iki ayının yekunlarına əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 6 milyard 737,6 milyon manat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir.
Büdcə xərcləri isə cari ilin yanvar-fevral aylarında 5 milyard 366 milyon manat olub və bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz çoxdur.
Beləliklə, 2025-ci ilin ilk iki ayında dövlət büdcəsi 1 milyard 371,6 milyon manat profisitlə icra edilib.