2016-cı ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 395,421 mln. manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 480,195 mln. manat təşkil edib. Beləliklə, 2016-cı il ərzində şirkətin dövlət büdcəsinə vergi köçürmələri 5,7% azalıb.
Ötən ilin dekabr ayında şirkət dövlət büdcəsinə 129,056 mln. manat məbləğində vergi ödəyib.
2016-cı ildə SOCAR-ın icbari sosial sığorta üzrə ödənişləri 144,471 mln. manat təşkil edib (artım 3,7%). Dekabr ayında şirkət 12 mln. 666 min manat məbləğində ödəniş həyata keçirib.
SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib.