21 C
Baku
Thursday, April 25, 2024

Dövlət büdcəsinə gömrükdən daxilolmalar 5,6% azalıb – səbəb məlumdur

Azərbaycanda gömrükdən büdcəyə ümumi ödəmələrin həcmi 5,6 faiz azalıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin mart ayı ərzində dövlət büdcəsinə 327,72 milyon manatlıq cəmi vergi daxil olmuşdur, öncəki ilin analoji dövründə bu 348,39 milyon manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, cari ilin yanvarında büdcəyə daxilolmaların həcmi, 333,7 mln. manat, fevralda isə 329,61 mln. manat təşkil edirdi (yanvar-mart: 991.03 mln. manat).

Daxil olmaların 87,14 milyon manatı gömrük rüsumları üzrə, 225,24 mln manatı ƏDV üzrə. 11,85 milyon manatı aksiz vergilər və 3,49 milyon manatı yol vergisi təşkil edib.

Cəmi büdcəyə ödənişlərin azalması səbəbi aksiz vergilərinin kəskin, 75,4%azalması olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər