Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti 2023-cü ilin yanvar-aprel ayları ərzində 3 mlrd. 235.2 mln. manat olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.
Cari ilin ilk üç ayında isə dövlət büdcəsinin profisiti 1 mlrd. 723 mln. manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 13.8 faiz artaraq 12 mlrd. 165 mln. manat olduğu halda, xərcləri 9.3 faiz artaraq 8 mlrd. 929.8 mln. manat olub.