17 C
Baku
Tuesday, October 15, 2024

Dövlət büdcəsində 2.56 mlrd. manat profisit yaranıb

Azərbaycan Respublikasının 2024-cü ilin ilk üç rübünün sonuna dövlət büdcəsində 2 milyard 562.7 milyon manat həcmində profisit yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 25.6 faiz artımla 27 milyard 737 milyon manata, dövlət büdcəsinin xərcləri illik 8.4 faiz artımla 25 milyard 174.3 milyon manata yüksəlib.

Öncəki ayda 2 milyard 861 milyon manat profisit vardı.

Hökumət 2024-cü il üzrə büdcə haqqında qanunda 3 milyard 354.3 mln. manat defisit olacağını proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər