2 C
Baku
Sunday, December 15, 2024

Dövlət büdcəsində 833 mln. manatlıq profisit yaranıb

Cari ilin yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 1 349,6 mln. manat, xərcləri 516,4 mln. manat təşkil edib. Agentliyin Dövlət Statsitika Komitəsinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında 833,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 20,8%-i qədər profisit yaranıb.

Daxilolmaların 26,8%-i əlavə dəyər vergisi, 10,7%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 12,8%-i fiziki şəxslərin gəlir vergisi, 2,9%-i aksizlər, 7,4%-i digər vergilər, 39,4%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 2,7 %-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 39,5%-i sosial müdafiə və sosial təminat, 5,3%-i təhsil, 1,5%-i səhiyyə sahələrinin, 51,0%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Report

Son xəbərlər
Digər xəbərlər