Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15328,9 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2958,3 mln. manat və ya 23,9 faiz çoxdur.
Banker.az xəbər verir ki, İcmal büdcənin xərcləri isə 12752,4 mln. manat məbləğində icra olunmuşdur.
2021-ci il üzrə icmal büdcə 7335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır.