Azərbaycan Respublikası dövlət büdcəsində 2023-cü ilin ilk səkkiz ayında 218.5 milyon manat kəsir yaranıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İlin ilk səkkiz ayına qədər dövlət büdcəsində 1 milyard 146.1 milyon manat profisit var idi.
Dövlət büdcəsinin gəlirləri 20 milyard 431.2 milyon manat olub və bu illik müqayisədə 1.2 faiz artımdır.
Dövlət büdcəsinin xərcləri 20 milyard 649.7 milyon manat olmaqla əncəki ildən 13.8 faiz çox olub.
Xatırladaq ki, dövlət bedcəsi haqqında qanun son dəyişikliyə görə, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 890.5 milyon manat, xərcləri 36 milyard 624.8 milyon manat olacağı proqnoz edilir.