Azərbaycan Respublikası dövlət büdcəsində 2023-cü ilin ilk yarım ilində (yanvar-iyun) 1 mlrd. 416.7 mln. manatlıq profisit yaranıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin ilk 5 ayında dövlət büdcəsinin profisiti 2 mlrd. 818.6 mln. manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 9 faiz artaraq 15 mlrd. 480 mln. manat, xərcləri isə 8.7 faiz artaraq 14 mlrd. 63.3 mln. manat təşkil edib.