Azərbaycan Respublikasının 2024-cü ilin ilk iki ayında dövlət büdcəsinin profisiti 1 milyard 302 milyon manat olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
Öncəki ayda bu rəqəm 1 milyard 742,2 milyon manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 11.5 faiz artaraq 6 milyon 555 manat, dövlət büdcəsinin xərcləri isə 43.5 faiz artaraq 5 milyard 253 milyon manat təşkil edib.