10 C
Baku
Tuesday, December 17, 2024

Dövlət büdcəsindəki profisit 3 mlrd. manata düşüb

Azərbaycan Respublikasının dövlət büdcəsinin 2024-cü ilin ilk 11 ayındakı profisit 3 milyard 18.1 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İlin ilk 10 ayındakı profisit həcmi 3 milyard 434.3 milyon manat idi.

Büdcə gəlirləri illik müqayisədə 14.9 faiz artımla 34 milyard 56.2 milyon manat təşkil edib.

Dövlət büdcəsinin xərcləri illik müqayisədə 6.5 faiz artaraq 31 milyard 38.1 milyon manat təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər