Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirlərinin artmasına rəğmən xərclərin daha çox artması büdcədə yaranan profisiti azaldıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Büdcə gəlirləri 2023-cü ilin yanvar-may aylarında 13 mlrd. 961 milyon olmaqla illik 12.2 faiz artarkən, büdcə xərcləri illik 6.6 faiz artaraq 11 mlrd. 142.4 mln. manat təşkil edib.
Dövlət büdcəsinin profisiti (qalıq) ilin ilk 5 ayında 2 mlrd. 818.6 mln. manat idi. Aprelə qədər bu rəqəm 3 mlrd. 504 mln. manat idi.