13 C
Baku
Saturday, November 23, 2024

Dövlət büdcəsindən şirkətlərlə bağlı ₼3 milyardlıq gözlənti — Ödənişlər artacaq

Gələn ilin dövlət büdcəsinə şirkət və təşkilatların gəlir, əmlak və torpaq vergisindən gəlirlərinin 3 mlrd. manata qədər artacağı proqnoz edilir.

Bu barədə Banker.az Milli Məclis tərəfindən hazırlanan 2022-ci ilin Dövlət Büdcəsi haqqında qanun layihəsində deyilir.

2022-ci ildə büdcəyə mənfəət vergisindən 2 milyard 670 milyon manatlıq vəsait daxil olacağı proqnoz edilir. Bu da 2021-ci ildəki büdcə proqnozundan 525 milyon manat, yaxud 24.5% artım deməkdir.

2021-ci il üzrə büdcə haqqında qanunda 2 milyard 144 milyon manatlıq mənfəət vergisi daxil edilmişdi.

Bundan əlavə şirkət və təşkilatların əmlak vergisinin 2021-ci illə müqayisədə 2022-ci ildə 25.05 milyon, yaxud 12% artımla 236.05 milyon manat, torpaq vergisindən isə 2.2% artımla 46 milyon manatlıq vəsaitlərin daxil olacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər