Azərbaycan respublikasının dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 2021-ci ilin ilk 9 ayında 240 mln. manat vəsait transfert olunmuşdur.
Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilir.
Maliyyələşmə əməliyyatları üzrə 1 076.3 mln. manat vəsait cəlb edilmişdir. Bunun 813.2 mln. manatı dövlət borclanması, 205 mln. manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58.1 mln. manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilmişdir.