4 C
Baku
Friday, January 17, 2025

Dövlət büdcəsinin fiskal yığımlarının 80%-i Vergi Xidməti tərəfindən təmin edilib

Bu ilin 9 ayının nəticələrinə görə, bütün vergi daxilolmalarının 94%-dən çoxu sahibkarlar tərəfindən könüllü əməletmə nəticəsində reallaşdırılıb.

Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, dövlət büdcəsinin fiskal yığımlarının 80%-i DVX tərəfindən təmin edilib.

Bunlara təkcə vergilər deyil, sosial sığorta daxilolmaları, icbari sığorta yığımları, işsizlikdən sığorta yığımları və digər daxilolmalar aiddir.

“Bütün bunlar sahibkarların vergi əməletmələrinin intizamının artırılması ilə bağlıdır” – deyə Samirə Musayeva əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər