6 C
Baku
Sunday, December 15, 2024

Dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı gözləntilər açıqlanıb

2023-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33890.5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10.1 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, dövlət büdcəsinin gəlirlərinin 52.3 faizi və ya 17739.7 milyon manatı neft-qaz sektorunun, 47.7 faizi və ya 16150.8 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür. 2023-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1442.7 milyon manat və ya 8.9 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1673.8 milyon manat və ya 11.6 faiz artması gözlənilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0.7 faiz-bənd artaraq 47.7 faiz təşkil edəcək.

2023-ci il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36624.8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9.8 faiz çoxdur. Qeyd olunan xərc artımının maliyyə təminatı olaraq 2023-cü il dövlət büdcəsinin gəlirləri 3116.5 milyon manat (o cümlədən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 457.7 milyon manat), kəsiri isə 155.0 milyon manat artırılmışdır. Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1122.9 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər