Azərbaycanın 2022-ci ilin ilk səkkiz ayı üzrə dövlət büdcəsinin gəlirləri 20 milyard 184.8 milyon manat olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu da illik müqayisədə 26.6% artmış olun.
Dövlət büdcəsinin xərcləri 18 milyard 151.9 milyon manat olub. bu da illik müqayisədə 16.2% artıb.
Bununla da dövlət büdcəsinin profisiti 2 milyard 032.9 milyon manat olub. İlin ilk 7 ayının sonunda profisiti 2 milyard 564.6 milyon manat təşkil edib.