“Növbəti ildə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin yenidən baxılmış göstəricisinə nisbətən artımla proqnozlaşdırılıb”.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O, qeyd edib ki, artımın əsas səbəblərindən biri, cari ildə olduğu kimi hüquqi şəxslərin mənfəət vergisi ilə əlaqəli olub, 2022-2023-cü illərdə bu vergi növü üzrə əsasən neft-qaz sektorunda olmaqla əhəmiyyətli artımın nəzərdə tutulması cəmi vergi daxilolmalarında birbaşa və dolayı vergilərin xüsusi çəkilərinin dəyişməsi ilə nəticələnib: “Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin məbləği cari ilin proqnozuna nisbətən artımla nəzərdə tutulub. Büdcə-vergi siyasətində gəlir inzibatçılığının gücləndirilməsi ilə bağlı bəyan edilən hədəfləri diqqətə alaraq “Büdcə zərfi”nə daxil edilmiş göstəricilərə əsaslanmaqla Hesablama Palatası vergi və gömrük orqanları üzrə gəlirlərin toplanmasına əlverişli şəraitin yaranacağı və bəzi tədiyə növləri üzrə potensialın olduğu qənaətindədir. Hesab edirik ki, buna növbəti il üçün proqnozlaşdırılmış inflyasiya, iqtisadi artım amili, təbii resursların gözlənilən qiymətlərinin daha çox olması, həmçinin ticarət tərəfdaşlarında qiymət artımlarının sürətlənməsi də təsir edəcək”.