7 C
Baku
Thursday, January 30, 2025

Dövlət büdcəsinin gəlirlərində vergidən daxil olmalar proqnozdan ₼538 mln. az olub

2024-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538 milyon manat və ya 3.5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213.7 milyon manat və ya 3.3 faiz olub.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15 milyard 808 milyon manatı və ya 42.5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12 milyard 781 milyon manatı və ya 34.4 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 648.7 milyon manatı və ya 17.9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının hesabına başa gəlib.

Həmçinin proqnozdan dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilmişdir.
Picture2

Son xəbərlər
Digər xəbərlər