Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.
İndiyə qədər qüvvədə olan qaydaya əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırıb.
Dəyişikliyə əsasən, bu müddət bir aydan 5 iş gününə endirilir.
Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.