Azərbaycan Respublikasının dövlət büdcəsi 2023-cü il üzrə 883.7 milyon manat kəsirlə tamamlanıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 16 faiz artaraq 35 milyard 574.8 milyon manat olduğu halda, dövlət büdcəsinin xərcləri 13.7% artaraq 36 milyard 458.5 , milyon manat təşkil edib.
Azərbaycan hökuməti 2023-cü il üzrə təsdiqlədiyi dövlət büdəcsində büdcə kəsirinin ilkin olaraq 2 mlrd. 579.3 mln. manat olacağı proqnoz edilsə də, 2023-cü ilin yayında edilmiş dəyişikliyə əsasən 2 mlrd. 734.3 mln. manata qaldırılmışdı.
İyunda edilmiş büdcə haqqında qanuna əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 mlrd. 890.05 mln manat və xərcləri 36 mlrd. 624.8 mln. manat olacağı proqnoz edilirdi.