1 C
Baku
Saturday, December 14, 2024

Dövlət büdcəsinin kəsiri yarım milyard manatı ötüb

Azərbaycan dövlət büdcəsinin 2019-cu ilin ilk yarımilliyindəki gəliri 10 milyard 405,5 milyon manat, xərci isə 10 milyard 951 milyon manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, xərcləri isə 15 faiz artıb. Göründüyü kimi xərclərdəki böyük artım hesabına 545,5 milyon manatlıq büdcə kəsiri (defisit) yaranıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-may aylarında defisitin həcmi cəmi 426,8 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər