Azərbaycan Respublikasının dövlət büdcəsindəki profisitin həcmi 2025-ci ilin ilk yeddi ayında 3 milyard 536,3 milyon manat olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Büdcədəki profisit ilk 6 aya qədər 2 milyard 708,3 milyon manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 4 faiz artımla 23 milyard 480,9 milyon manata yüksələrkən, xərcləri 2,5 faiz artımla 19 milyard 944,6 milyon manat olub.