Azərbaycan Respublikası dövlət büdcəsində 2025-ci ilin ilk yarısında 2 milyard 708,3 milyon manat profisit (qalıq) yaranıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, mayda (yanvar-may) profisit 3 milyard 446.2 milyon manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 5.1 faiz artımla 19 milyard 803.9 milyon manata yüksəlib.
Dövlət büdcəsinin xərcləri isə illik müqayisədə 6.5 faiz artımla 17 milyard 95.6 milyon manat təşkil edib.