Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2021-ci ilin ilk 9 ayında (yanvar-sentyabr) 17 milyard 871.6 milyon manat olmuşdur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 0.5% azalma deməkdir.
Dövlət büdcəsinin xərcləri 17 milyard 711.9 milyon manat olmaqla öncəki ildən 5% az olub.
Beləliklə, dövlət büdcəsinin profisiti (qalığı) 159.7 milyon manat olub. Qeyd edək ki, bu öncəki yəni, yanvar-avqust aylarında ayda 310.7 milyon manat idi.