16 C
Baku
Friday, April 19, 2024

Dövlət büdcəsinin xərclərinin 10 % artırılması nəzərdə tutulur

“Təqdim olunmuş qanun layihəsi ilə dövlət büdcəsinin xərclərinin 10 % artırılması nəzərdə tutulur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq: “Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2.6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər