29 C
Baku
Saturday, June 29, 2024

Dövlətdə çalışan bu şəxslərin maaş şikayəti təmin olundu — Maaşları 50% artırıldı

Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev mart ayının 11-də sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

Mədəniyyət Nazirliyinə və Maliyyə Nazirliyinə qeyd edilən artımın icrası ilə bağlı zəruri tədbirlər görməsi tapşırılıb.

Xatırladaq ki, yaxın zamanlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə sənət nümayəndələri görüş zamanı bir sıra sənət nümayəndələri təklif və istəklərindən danışımışdılar. 

Görüş zamanı əsas məsələ maaşların aşağı olmasından şikayətləri olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər