ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, departament ABŞ hökumətinin oktyabrın 1-dən fəaliyyətinin mümkün dayanmasına, o cümlədən Konqres yeni büdcə ilə bağlı qərar qəbul etməyəcəyi təqdirdə işin qismən dayandırılması ehtimalına hazırlaşır.
Miller vurğulayıb ki, hazırda Dövlət Departamenti ABŞ hökumətinin işini dayandıracağı təqdirdə fövqəladə fəaliyyət planı hazırlayır.