Rusiya və İran arasında hərbi-texniki sahədə əməkdaşlıq müdafiə tərəfdaşlığına çevrilir.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O bildirib ki, İranın Rusiyaya hədsiz dərəcədə pilotsuz uçuş aparatları verməsi bu ölkənin Asiya dövlətinə hərbi texniki dəstəyini artırıb.
Praysın sözlərinə görə, onların münasibətləri tammiqyaslı müdafiə tərəfdaşlığına çevrilmək üzrədir.