İslam bankçılığı haqqında qanun Dövlət Duması tərəfindən 2023-cü ilin əvvəlində, yanvar-fevral aylarında ikinci və üçüncü oxunuşlarda qəbul edilə bilər.
Bu barədə Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov bildirib.
İslam bankçılığı prinsipləri şəriət normalarına uyğun gələn bank fəaliyyətinə aiddir. Xüsusilə, şəriət kredit üçün sabit faiz və ya mükafat almağı, eləcə də İslam prinsiplərinə zidd olan mal və ya xidmət göstərən müəssisəyə (məsələn, donuz əti və ya spirt) investisiya etməyi qadağan edir.
“Biz İslam maliyyəsi ilə bağlı qanun layihəsini təqdim etmişik, sabah – o biri gün birinci oxunuş olacaq. Biz fəal işləyəcəyik ki, yanvarda, ən pis halda fevralda onu ikinci, üçüncü oxunuşlarda qəbul edək”, – Aksakov bildirib .
Bununla belə, onun sözlərinə görə, deputatlar Rusiyada İslam bankçılığının tətbiqi ilə bağlı bəzi nüanslar barədə hələ də razılığa gələ bilməyiblər . Əsas məqamlardan biri “onlardan istifadə edildiyi halda” alınan gəlirlərin vergiyə cəlb edilməsinin xüsusiyyətləridir. Başqırdıstan , Tatarıstan , Dağıstan və Çeçenistan respublikaları eksperimentin həyata keçirilməsi üçün subyektlər kimi müəyyən edilib .
Dekabrın 1-də Sberbank Kazanda ilk İslam maliyyəsi ofisini açıb. Şöbə Rusiyada bütün şəriət qaydalarına uyğun təşkil edilən və rəsmiləşdirilən ilk filialdır. Kazandakı İslam ofisi pərakəndə və korporativ müştərilərə xidmət göstərəcək.