Azərbaycanın Bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19 mlrd. 470.8 mln. manat olub.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% (10 912.6 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16.9% və ya 2 mlrd. 811.7 mln. manat artıb.
Biznes portfelinin 10.3%-i və ya 1 mlrd. 120.1 mln. manatı dövlət fondları hesabına verilib. Dövlət fondlarının biznesi kreditləşdirmədə payı aybaay azalır. Belə ki, biznes kreditləri ilin əvvəli ilə müqayisədə 12% artsa da, fondlar hesabına verilən kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 8% azalıb.
İlin əvvəlində 9 mlrd. 740.03 mln. manatlıq biznes kreditinin 12.5%, yaxud 1 mlrd. 213.26 mln. manatı dövlət fondları mənbəsi hesabına baş tutmuşdu.
Vəsaitlərin mənbəyinə görə biznes kreditləri barədə məlumat, mln. ₼ | |||
Portfelin bölgüsü | Biznes kreditləri | dövlət fondları hesabına | Dövlət fondlarının payı |
31/12/2021 | 9,740.03 | 1,213.26 | 12.5% |
31/01/2022 | 9,746.55 | 1,194.03 | 12.3% |
28/02/2022 | 9,972.89 | 1,188.00 | 11.9% |
31/03/2022 | 10,182.35 | 1,178.75 | 11.6% |
30/04/2022 | 10,328.28 | 1,184.34 | 11.5% |
31/05/2022 | 10,414.01 | 1,173.77 | 11.3% |
30/06/2022 | 10,481.71 | 1,163.45 | 11.1% |
31/07/2022 | 10,497.05 | 1,146.43 | 10.9% |
31/08/2022 | 10,491.95 | 1,146.90 | 10.9% |
30/09/2022 | 10,780.94 | 1,123.91 | 10.4% |
31/10/2022 | 10,912.56 | 1,120.12 | 10.3% |