6 C
Baku
Saturday, December 14, 2024

Dövlət fondlarının biznes kreditlərində payı azalmaqdadır

Azərbaycan biznesinə dövlət fondları tərəfindən verilən kreditlərin payı aybaay azalmaqdadır.

Banker.az xəbər verir ki, 2023-cü ilin 1 fevralına biznes kreditlərinin həcmi 10 milyard 845.6 milyon manat olmuş, bunun da yalnız 9.4%-ə düşüb.

Yəni dövlət fondları hesabına biznesə verilən kreditlərin həcmi cəmi 1 mlrd. 18.8 milyon manat təşkil edib.

Bu ötən ilin eyni dövründə 1 milyard 194 milyon manat idi. Yəni, 1 fevral 2022-ci ildə 9 mlrd. 746.5 mln. manatlıq biznes kreditinin 12.3%-i dövlət fondları hesabına verilmiş biznes kreditləri idi.

Son xəbərlər
Digər xəbərlər