Azərbaycana mal gətirənlər sərhəd keçid məntəqələrində çox gözləməmək üçün həmin yükü əvvəlcədən bəyan etməlidirlər.
Bunu Bakıda keçirilən “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq” tədbirində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.
Onun sözlərinə görə, əksər şirkətlər yüklərini əvvəlcədən bəyan etmirlər: “Təəssüf ki, bu gün iri şirkətlər arasında BP-dən başqa heç bir şirkət bu qaydaya əməl etmir”.
DGK rəsmisi bunun mümkün səbəblərini də açıqlayıb: “İlkin səbəb inamsızlıqdan irəli gəlir. Digər məsələ isə gömrük orqanları ilə işləmək potensialının aşağı olmasından irəli gəlir. Bu gün əksər şirkətlərdə gömrük orqanları ilə işləyən hansısa struktur – bölmə yoxdur”.