11 C
Baku
Monday, November 25, 2024

Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq

Dövlət Gömrük Komitəsi (DGK) e-costoms.gov.az portalı vasitəsilə göstərdiyi elektron xidmətlərin sayını artırmağı planlaşdırır.

Bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Komitənin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev bildirib.

“Bu portal gömrük xidmətlərinin səviyyəsinin artırılması məqsədilə istifadəyə verilib. Artıq burada 18 elektron xidmət var. Həmin xidmətlərin sayının yaxın vaxtlarda 30-a çatdırılması gözlənilir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər