Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında ixrac və idxal olunan məhsulların yoxlanılmasının nəticələri üzrə bu qurumlar arasında təcrübə və məlumat mübadiləsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Məlum olur ki, müqavilə çərçivəsində bu qurumlar qida təhlükəsizliyi ilə bağlı birgə seminarlar keçirmək öhdəliyi götürüb. Lakin əməkdaşlığa bu yanaşma ekspert dairələrində birmənalı qarşılanmayıb. Azad İstehlakçılar Birliyinin rəhbəri Əyyub Hüseynov Turan-ın sorğusuna cavab olaraq deyib ki, DGK ilə Qida Təhlükəsizliyi Agentliyinin qarşılıqlı əlaqəsi təbiidir və sənədləşməyə ehtiyac yoxdur. Məlumat mübadiləsi və qarşılıqlı əlaqəni nəzərdə tutan anlaşma memorandumu beynəlxalq mütəxəssislərə görə, komik və mənasızdır. Bununla yanaşı, memoranduma uyğun olaraq əlaqələrin qurulması zərurəti dövlət strukturları arasında birbaşa qarşılıqlı əlaqənin və qaydaya salınmış koordinasiya mexanizminin olmaması ilə bağlıdır.