15 C
Baku
Tuesday, April 8, 2025

Dövlət Gömrük Komitəsi “MET-AK” şirkətini cərimələyib

Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) “MET-AK” MMC-yə qarşı cəriməsini təmin edib.

Banker.az xəbər verir ki, DGK-nin idarəsi “MET-AK” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə protokolu tərtib etmişdi.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Gültəkin Əsədovanın sədrliyi ilə baxılan işdə hakim inzibati tənbehin tətbiqi ilə bağlı qərar qəbul edib.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Son xəbərlər
Digər xəbərlər