Dövlət Gömrük Komitəsinin sədrini müvəqqəti əvəz edəcək şəxsin adı məlum oldu.
Bu barədə Banker.az Prezidentin bununla bağlı sərəncamın ikinci hissəsinə istinad edir.
Qeyd edilir ki, yeni birinci müavin Şahin Soltan oğlu Bağırov təyin edilib və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.
12 yanvar 1965-ci ildə anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.
2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib.
2014-cü il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.
6 iyul 2018-ci ildə Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.