17.5 C
Baku
Thursday, May 15, 2025

Dövlət Gömrük Komitəsi süni intellektdən istifadə edəcək

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.

Bunu DGK sədrinin müavini Güloğlan Muradlı “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.

‘Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq” – deyə Güloğlan Muradlı qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər