17 C
Baku
Tuesday, April 30, 2024

Dövlət Gömrük Komitəsində işdən çıxarılan generalın yerinə yeni təyinat olub

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər