Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
Bununla bağlı DGK-nin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Bədəlov Eldar Mülküm oğlu DGK-nin Avtomobil Nəqliyyatı idarəsinin rəisi təyin edilib. Eldar Bədəlov bundan əvvəl Dövlət Vergi Xidmətində işləyib.
Xatırladaq ki, adıçəkilən idarənin keçmiş rəisi Simurq Cəfərov bir müddət əvvəl işdən çıxarılıb.