21 C
Baku
Monday, April 29, 2024

Dövlət Gömrük Komitəsində yeni təyinat olub

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.

Bununla bağlı DGK-nin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Bədəlov Eldar Mülküm oğlu DGK-nin Avtomobil Nəqliyyatı idarəsinin rəisi təyin edilib. Eldar Bədəlov bundan əvvəl Dövlət Vergi Xidmətində işləyib.

Xatırladaq ki, adıçəkilən idarənin keçmiş rəisi Simurq Cəfərov bir müddət əvvəl işdən çıxarılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər