9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Gömrük Komitəsinin daha bir rəisi vəzifəsindən azad olundu

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun dünən verdiyi müvafiq əmrlə idarənin rəisi, gömrük xidməti polkovniki Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Xidmətinin mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Son xəbərlər
Digər xəbərlər