12 C
Baku
Saturday, November 23, 2024

Dövlət Gömrük Komitəsinin rəisinə müşavir təyin edilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəisinə yeni müşavir təyin edilib.

Banker.az xəbər verir ki, bu, Şamo Mürşüdovdur.

Ş.Mürşüdov buna qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışırdı. ƏMDX-nin heyətinə 2020-ci ilin oktyabrından qoşulub.

O, dövlət sektoruna bank sahəsindən gəlib.

Professional iş həyatına 2001-ci ildə MainStaff beynəlxalq kadr agentliyində başlamış. Daha sonra Development Services Group da “Namizədlərin seçimi və inkişafı bölməsi”nin rəisi, Atəşgah Sığorta Şirkətində İşə qəbul üzrə menecer və İnsanresursları üzrə koordinator, Bank Respublika ASC-nin İşə qəbul və seçim şöbəsi və Mükafatlandırma və motivasiya tədbirləri şöbəsinin müdiri kimi çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər